Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul qaydaları

16/11/2013

2013-cü il üçün BDU-da Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul qaydaları

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. Doktoranturanın  tam kursunu bitirən şəxs eyni ixtisas üzrə təkrarən doktoranturaya qəbul oluna bilməz.

Doktoranturaya (dissertanturaya)  qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

- ərizə (rektorun adına).

- kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

- 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

- iş yerindən xasiyyətnamə;

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomların ( bakalavr və magistr)  notarial  qaydada təsdiq edilmiş surətləri. Xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə;

- şəxsiyyəti təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti.

Qeyd: Doktoranturaya qəbul olunduğu halda  rəhbərlik edəcək alimin razılığı.

Sənədlər 16 noyabr- 6 dekabr tarixinədək qəbul edilir.


Magistratura və doktorantura şöbəsi

Bookmark and Share