Doktorantlarin və gənc tədqiqatçıların nəzərinə

13/05/2011

Doktorantların və gənc tədqiqatçıların Respublika elmi konfransı haqqmda

ƏSASNAMƏ

Ümumi miiddəalar

1.1. Doktorantlarm və gənc tədqiqatçıların Respublika elmi konfransı (bundan sonra - Konfrans) gəncləri elmi yaradıcılığa fəal surətdə cəlb etmək və onlarm apardıqları elmi tədqiqatların nəticələrinin müzakirəsini təşkil etmək məqsədilə Azərbaycan Respublikasmın Təhsil Nazirliyi tərəfındən ildə bir dəfə keçirilir.

1.2. Konfransın istiqamətləri aşağıdakılardır:

-   Təbiət elmləri (riyaziyyat, fızika, mexanika, kimya, biologiya, ekologiya, yer haqqmda elmlər);

-   Texnika elmləri (texniki qurğular və texnologiyalar, kompyuter elmləri, elektronika, avtomatlaşdırma, maşınqayırma, metallurgiya, nəqliyyat);

-    Sosial-humanitar elmlər və iqtisadiyyat (sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, iqtisadiyyat);

1.3. Konfransın keçirilməsi üçün Təhsil Nazirliyi tərəfındən Təşkilat komitəsi yaradılır (sədr, sədr müavini, məsul katib və üzvlər)

2. Konfrans iştirakçıları

2.1.  Konfransda hiiquqi-təşkilati formasından asılı olmayaraq, respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində folsəfə doktorları proqramı üzrə təhsil alan doktorantlar və tədqiqatçılar, o cümlədən əcnəbi doktorant və dissertantlar iştirak edə bilərlər.

2.2.  Konfrans iştirakçıları ali məktəblər tərəfındən göndərilirlər. Hər iştirakçı yalnız bir məruzə təqdim edə bilər.

2.3. Konfrans iştirakçıları əlavədə göstərilən forma üzrə anketi doldurub məruzəyə əlavə etməlidirlər.

2.4.  Konfrans iştirakçıları Təşkilat komitəsi tərəfındən seçilir.

3. Mərıızələrin tərtib olıunma qaydaları

3.1. Konfransa təqdim edilən məruzədə problemin aktuallığı və müəllif tərəfmdən aparılmış tədqiqatın nəticələri əks olunmalı, almmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təklillər verilməlidir. Məruzələrin seçimində üstünlük yaradıcılıq qabiliyyəti və əsaslandınlmış yeni ideyaları olan müəllillərə verilir.

3.2. Konfransa təqdim olunan məruzə aşağıdakı tələblərə uyğun tərtib edilir:

-     Azərbaycan və ya rus dilində yazılır və 2 nüsxədə (elektron variantı əlavə olunmaqla) Təşkilat komitəsinə təqdim edilir;

-     Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman (Az.latın) şriftilə (hərflərin ölçüsü - 14, interval - 1,5) yığılir, A4 formatlı standart (210x297 mm) ağ kağızda çap olunur;

-     Məruzənin mətni 3 səhifəyə qədər olmalıdır;

-     Mətnin əvvəlində məruzənin adı, onun altında doktorantın (tədqiqatçımn) soyadı, adı və atasmın adı, onun altında isə ali təhsil müıssisəsinin adı yazılır.

Məruzədə istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr bu qaydada göstərilir:

-      Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir.

-      İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir.

-      Ədəbiyyatın siyahısı AAK-ın tələbləri əsasında göstərilir.

-      İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində göstərilir ( Məsələn, 3, cəh. 116).

Məruzənin sonunda onun yazıldlğı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məruzələrə ingilis və rus dillərində, rus dilində yazılmış məruzələrə isə Azərbaycan və ingilis dillərində) xülasə verilır.

Məruzələrə müvafiq sahə üzrə elmi dərəcəsi olan 1 mütəxəssisin və doktorantın elmi rəhbərinin rəyi və müvafıq elmi müəssisənin kafedrasının (şöbəsinin) iclas protokolundan çıxarış əlavə olunur.

3.4. Bu tələblərə uyğun gəlməyən məruzələr Təşkilat komitəsi tə-rəfindən qəbul edilməyə bilər. Bu halda məruzə və əlavə olunan sənədlər geri qaytarılmır.

Anket

Bookmark and Share