BDU VƏ MLU-NUN BİRGƏ LAYİHƏSİ ƏSASINDA DOKTORANTURAYA QƏBUL ELAN EDİLİR!
08/06/2018Bakı Dövlət Universiteti (BDU)
Martin Lüter adına Halle-Vittenberq Universiteti (MLU)
![]() |
![]() |
Bakı Dövlət Universiteti (BDU)
Martin Lüter adına Halle-Vittenberq Universiteti ilə (MLU) birlikdə
fəlsəfə doktoru proqramı üzrə 5608.01 Mülki hüquq, sahibkarlıq hüququ, ailə hüququ, beynəlxalq xüsusi hüquq ixtisası üzrə əyani doktoranturaya 2 yer üzrə qəbul
E L A N edir
Proqram üç il müddətə nəzərdə tutulub. Proqram çərçivəsində PhD tələbələri ilin 9 ayını MLU-da və 3 ayını BDU-da tədris alacaq və elmi araşdırmalar aparacaq. Doktorantların BDU-nun Hüquq fakültəsində tədrisə cəlb olunması nəzərdə tutulub. Proqramı uğurla bitirmiş namizədlər Martin Lüter adına Halle-Vittenberq Universitetinin Hüquq və İqtisadiyyət fakultəsinin "Doctor iuris" və Azərbaycanda hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini əldə edəcəklər. Tədris zamanı proqram iştirakçıları üçün aylıq 1000 Avro miqdarında təqayüd nəzərdə tutulub. Proqramda iştirak edən şəxslər elmi işdən əlavə başqa əmək fəaliyyəti ilə məşqul ola bilməz.
İddiaçıdan tələb olunanların siyahısı:
1.Magistraturanın bitirilməsi barədə sənəd və ya diplom;
2.Tərcümeyi-hal, CV;
3.Rəsmi tanınmış dil sertifikatı (TOEFL, İELTS, Test-DAF, DSH və s.). Xaricdə ingilis və ya alman dilində təhsil almış namizədlərin xaricdə aldıqları diplomları dil biliklərini təsdiq edir;
4.Namizədin alman və ya ingilis dilində yazdığı bir məqalə, buraxılış işi və s.
5.Doktorantura müddətində yazıması nəzərdə tutulan dissertasiya (PhD işi) haqqında 5-7 səhfəlik məlumat (mövzunun aktuallığı, işin ilkin planı, istifadə olunacaq metodlar və vaxt planı) - Expose.
6.Orta məktəb attestatı və ali təhsil diplomları.
Doktaranturaya qəbul iki mərhələdə keçiriləcək. Birinci mərhələdə namizədin təqdim etdiyi sənədlər təhlil olacaq və onlarla müsahibə keçiriləcək. Birinci mərhələnin nəticələri iyulun əvvəlində açıqlanacaq. Birinci mərhələni uğurla keçən namizədlər imtahanlara dəvət ediləcək. Sənəd qəbulu 08.06.2018-ci ildən 28.06.2018-ci ilədək BDU –nun Magistratura və Doktorantura şöbəsində aparılacaqdır- Alternativ olaraq sənədləri [email protected] ünvanına yönəltmək olar.
Əlavə məlumat üçün aşağıda göstərilən şəxslərə müraciət edərək edə bilərsiniz: Dr. Azər Əliyev, Martin Lüter adına Halle-Vittenberq Universitetinin Hüquq və İqtisadiyyət fakültəsinin yunior-professoru, [email protected] və Dos. Elçin Xələfov, Bakı Dovlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və Kommersiya hüququ kafedrasının müdiri, [email protected] .
