Bakı Dövlət Universiteti Doktorantların və gənc tədqiqatçıların XXI Respublika elmi konfransını keçirir

28/03/2017

ELAN

Azərbaycan Respublikasının Təhsil Nazirliyi

2017-ci il oktyabr 24-25 da

Bakı Dövlət Universitetində

Doktorantların və gənc tədqiqatçıların XXI Respublika

elmi konfransını keçirir.

Konfransın istiqamətləri:

- Təbiət elmləri (riyaziyyat, fizika, mexanika, kimya, biologiya, ekologiya, yer haqqında elmlər);

-Texnika elmləri (texniki qurğular və texnologiyalar, kompyuter elmləri, elektronika, avtomatlaşdırma, maşınqayırma, metallurgiya,  nəqliyyat);

- Sosial-humanitar elmlər və iqtisadiyyat (sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, iqtisadiyyat);

Məruzə tezislərinin tərtib olunma qaydaları

- Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman (Az.latın) şriftilə (hərflərin ölçüsü – 12, interval – 1,5) yığılir, A4 formatlı standart (210x297 mm) ağ kağızda çap olunur;

- Məruzənin mətni 3 səhifəyə qədər  olmalıdır;

- Mətnin əvvəlində məruzənin adı, onun altında doktorantın (tədqiqatçının)  soyadı, adı və atasının adı, onun altında isə  ali təhsil müıssisəsinin adı yazılır.

Məruzədə istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr bu qaydada göstərilir:

  • Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir.
  • İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir.
  • Ədəbiyyatın siyahısı AAK-ın tələbləri əsasında göstərilir.
  • İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində göstərilir

(Məsələn,  2, cəh.222).

Məruzə tezisinin sonunda onun yazıldlğı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məruzələrə ingilis və rus dillərində, rus dilində yazılmış məruzələrə isə Azərbaycan və ingilis dillərində)  xülasə  və tezisin əvvəlində açar sözlər (hər üç dildə) verilır.

Məruzələrə müvafiq sahə üzrə elmi dərəcəsi olan 1  mütəxəssisin və doktorantın elmi rəhbərinin rəyi və  müvafiq elmi müəssisənin kafedrasının (şöbəsinin)  iclas protokolundan çıxarış  əlavə olunur.

Konfransa təqdim edilən məruzədə  problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalı, alınmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təkliflər verilməlidir. Məruzələrin  seçimində üstünlük yaradıcılıq qabiliyyəti və əsaslandırılmış yeni ideyaları olan müəlliflərə veriləcəkdir.

Bu tələblərə uyğun gəlməyən məruzələr Təşkilat komitəsi tərəfindən qəbul edilməyə bilər. Bu halda məruzə və əlavə olunan sənədlər  geri qaytarılmır.

Məruzə tezisləri  tələb olunan sənədlərlə birlikdə  müvafiq ali təhsil müəssisələrinin  doktorantura şöbələrinə təqdim olunmalıdır.

Qeyd:

Doktorantlar və gənc tədqiqatçılar yalnız tezizlərini aşağıdakı e-mail ünvanlara göndərməlidirlər (tezisin üstündə hansı bölməyə təqdim olunduğu qeyd olunmalıdır məs:Tarix bolməsinə). Məruzə tezislərinin qəbul olunması üçün son tarix, 12 may 2017-ci il.

KONFRANSIN  TƏQVİMİ

Tezislərinin son göndərilmə tarixi:      02 may

Konfransın  keçirilmə tarixi:               24-25  oktyabr

Panellərin e-mail ünvanları: (hər tezisin üstündə hansı bölməyə göndərildiyi göstərilməlidir məs:kimya bolməsinə)

1.Riyaziyya, fizika, kimya və biologiya bölmələrinə təqdim olunan tezislər [email protected]

2. İqtisadiyyat, fəlsəfə, sosiologiya və politologiya, tarix bölmələrinə təqdim olunan və ““İslam Həmrəyliyi İli” ilə bağlı tezislər [email protected]

3. Azərbaycan filologiyası  və xarici filologiya bölmələrinə təqdim olunan tezislər [email protected]

4. Hüquq, beynəlxalq münasibətlər, coğrafiya, ekologiya ölmələrinə təqdim olunan tezislər [email protected]

5.Pedaqogika və psixologiya bölmələrinə təqdim olunan tezislər [email protected]

Bookmark and Share