AZƏRBAYCAN XALQ CUMHURİYYƏTİNİN 100 İLLİK YUBİLEYİNƏ HƏSR EDİLMİŞ DOKTORANT VƏ GƏNC TƏDQİQATÇILARIN XXII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLƏCƏKDİR.
12/09/2018Konfransın istiqamətləri:
- Təbiət elmləri (riyaziyyat, fizika, kimya, biologiya, tibb, ekologiya, yer haqqında elmlər);
- Texnika elmləri (texniki qurğular və texnologiyalar, kompyuter elmləri, elektronika, avtomatlaşdırma, maşınqayırma, nəqliyyat);
- Sosial-humanitar elmlər və iqtisadiyyat (sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, iqtisadiyyat);
Məruzə tezislərinin tərtib olunma qaydaları
- Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman (Az.latın) şriftilə (hərflərin ölçüsü – 12, interval – 1,5) yığılir, A4 formatlı standart (210x297 mm) ağ kağızda çap olunur;
- Məruzənin mətni 3 səhifəyə qədər olmalıdır;
- Mətnin əvvəlində məruzənin adı, onun altında doktorantın (tədqiqatçının) soyadı, adı və atasının adı, onun altında isə ali təhsil müıssisəsinin adı yazılır.
Məruzədə istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr bu qaydada göstərilir:
- Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir.
- İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir.
- Ədəbiyyatın siyahısı AAK-ın tələbləri əsasında göstərilir.
- İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində göstərilir
(Məsələn, 2, cəh.222).
Məruzə tezisinin sonunda onun yazıldlğı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məruzələrə ingilis və rus dillərində, rus dilində yazılmış məruzələrə isə Azərbaycan və ingilis dillərində) xülasə və açar sözlər (hər üç dildə) verilır.
Məruzələrə müvafiq sahə üzrə elmi dərəcəsi olan 1 mütəxəssisin və doktorantın elmi rəhbərinin rəyi və müvafiq elmi müəssisənin kafedrasının (şöbəsinin) iclas protokolundan çıxarış əlavə olunur.
Konfransa təqdim edilən məruzədə problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalı, alınmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təkliflər verilməlidir. Məruzələrin seçimində üstünlük yaradıcılıq qabiliyyəti və əsaslandırılmış yeni ideyaları olan müəlliflərə veriləcəkdir.
Bu tələblərə uyğun gəlməyən məruzələr Təşkilat komitəsi tərəfindən qəbul edilmir. Bu halda məruzə və əlavə olunan sənədlər geri qaytarılmır.
Məruzə tezisləri tələb olunan sənədlərlə birlikdə müvafiq ali təhsil müəssisələrinin doktorantura şöbələrinə təqdim olunmalıdır.
Qeyd:
Doktorantlar və gənc tədqiqatçılar yalnız tezizlərini aşağıdakı e-mail ünvanlara göndərməlidirlər (tezisin üstündə hansı bölməyə təqdim olunduğu qeyd olunmalıdır məs:Tarix bolməsinə).
Məruzə tezislərinin qəbul olunması üçün son tarix 1 oktyabr 2018-ci il.
1.Riyaziyya, fizika, kimya, biologiya və tibb bölmələrinə təqdim olunan tezislər [email protected] 2. Neft –qaz, geologiya, informatika və avtomatika bölmələrinə təqdim olunan tezislər 3.İqtisadiyyat, tarix və beynəlxalq münasibətlər bölmələrinə təqdim olunan tezislər [email protected] 4. Azərbaycan filologiyası və xarici filologiya bölmələrinə təqdim olunan tezislər [email protected] 5. Hüquq, coğrafiya və ekologiya bölmələrinə təqdim olunan tezislər [email protected] 6.Pedaqogika və psixologiya bölmələrinə təqdim olunan tezislər [email protected] 7.Memarlıq və inşaat, musiqişunaslıq və mədəniyyətşunaslıq bölmələrinə təqdim olunan tezislər [email protected]
QEYD: Məruzə, müvafiq sahə üzrə elmi dərəcəsi olan 1 mütəxəssisin və doktorantın elmi rəhbərinin rəyi, müvafiq elmi müəssisənin kafedrasının (şöbəsinin) iclas protokolundan çıxarış (möhürlü), disk (məruzə - pdf formatda) Magistratura və Doktorantura şöbəsinə təqdim olunmalıdır |
|
