Magistratura
Magistr dərəcələrinin verilməsi qaydaları
Bakı Dövlət Universitetində magistratura, aspirantura və doktorantura şöbəsi (MAD) fəaliyyət göstərir. Azərbaycan respublikası Nazirlər Kabinetinin 15 fevral 1997-ci il tarixli qərarı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının çoxpilləli ali təhsil sistemində magistr hazırlığı (magistratura) haqqında əsasnamə » yə uyğyn olaraq 1997/98-ci tədris ilində ilk dəfə olaraq magistrpilləsi üzrə mütəxəssis hazırlığına başlanmışdır.
Magistraturada əyani təhsil 2 il, qiyabi təhsil isə 2,5 ildir. 2001/2002-ci tədris ilindən başlayaraq qiyabi təhsil üzrə də magistraturaya qəbul keçirilir.
Bu illər ərizində BDU-da magistratura pilləsində təhsil alan magistrantların say xronologiyası:
|
İllər üzrə |
Cəmi |
Əyani |
Cəmi |
Qiyabi |
Ümumi cəmi |
||
|
Ödənişsiz |
Ödənişli |
Ödənişsiz |
Ödənişli |
||||
|
2001/2002 |
1164 |
763 |
401 |
169 |
117 |
52 |
1333 |
|
2002/2003 |
1114 |
751 |
363 |
393 |
259 |
134 |
1507 |
|
2003/2004 |
1211 |
830 |
381 |
639 |
395 |
244 |
1850 |
|
2004/2005 |
1489 |
988 |
501 |
780 |
438 |
342 |
2269 |
|
2005/2006 |
1449 |
968 |
481 |
858 |
492 |
366 |
2307 |
|
2006/2007 |
1093 |
675 |
418 |
769 |
416 |
353 |
1862 |
|
2007/2008 |
832 |
425 |
407 |
602 |
328 |
274 |
1434 |
|
2008/2009 |
769 |
380 |
389 |
434 |
210 |
224 |
1203 |
|
2009/2010 |
936 |
419 |
517 |
406 |
165 |
241 |
1342 |
|
2010/2011 |
988 |
507 |
481 |
476 |
241 |
235 |
1464 |
|
2011/2012 |
944 |
530 |
414 |
520 |
291 |
229 |
1464 |
|
2012/2013 |
945 |
678 |
267 |
542 |
347 |
195 |
1487 |
Magistraturaya təhsil pulsuz və pulu əsaslarladır.
Magistraturaya qəbul planı hər il universitetin bakalavr pilləsini bitirənlərin 20 %-i həcmində planlaşdırılır. Digər ali məktəbi bitirənlər və xarici ölkə vətəndaşları da magistraturaya qəbul ola bilərlər.
Magistraturanın əyani tədris pilləsində magistrant plan üzrə həftədə 54 saat tədris və elmi tədqiqatlarla məşğul olmalıdır. Onlar bu vaxtın üç semestr həftədə 15 saatını tədris planına uyğun dərs keçir,qalan vaxtlarını və dördüngü semestri isə magistr dissertasiyalarının yazılmasına həsr edirlər.
Qiyabi magistraturada isə dörd semestr –payız və yay sessiyaları olmaq şərti ilə hər payız sessiyasında on gün- 90 saat,hər yaz sessiyasında isə 15 gün-150 saat dərs keçirlər. Qalan boş vaxtlarınıvə beşinci semestri dissertasiya işlərinin hazırlanmasına həsr edirlər. Beləliklə, magistraturanı bitirənə qədər 8-10 fəndən imtahan verirlər.
Əyani magistranlar 1,5 ay,qiyabi magistrantar isə 2 həftə elmi-tədqiqat təgrübəsi keçirlər. Elmi-tədqiqat təcrübələri ixtisaslara uyğyn Respublikanın elmi-tədqiqat mərkəzlərində, Elmi-tədqiqat institutlarında və s. müəssisələrlə keçirilir.
Magistraturaya qəbuldan sonra 3 ay ərzində magistranların müvafiq kafedra iclasında müzakirə edilərək fakültə Elmi Şuralırının qərarları ilə onların dissertasiya mövzuları və elmi rəhbərləri (elmlər doktorları və ya elmlər namizədləri) təsdiq edilir.
Magistr dissertasiyalırının bəzi bölmələri fakültələrin hər il keçirdiyi elmi konfranslarda dinlənilir, tezis və ya məqalələr şəklində nəşr edilir.
Magistr dissertasiyaları ixtisaslaşmış fakültə elmi şuralarında müdafiə olunur və rektorun əmri ilə ixtisaslaşmalar üzrə magistr diplomları verilir. Hal-hazırda BDU-da 33 istiqamət ,156 ixtisaslaşma üzrə magistr hazırlanır.



